Liverpool-un futbolçusu mükafatlandırıldı

6 May 2019 14:35 (UTC+04:00)

Şotlandiya Premyer Liqasında 2018/19 mövsümünün ən yaxşı gənc futbolçusu məlum olub.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, icarə əsasında Rangers-də çıxış edən Rayan Kent, mövsümün ən yaxşı gənc futbolçusu seçilib. 22 yaşlı hücumçu bu mövsüm Qlazqo təmsilçisi ilə 40 qarşılaşmada iştirak edərək, 6 qol vurub.

Müqavilə ilə Liverpool-a məxsus olan Kent, 2018-ci ilin yayında Rangers-ə icarəyə göndərilib. Kentin icarə müqaviləsinin müddəti mövsümün sonunda bitir.

21 yaşadək futbolçulardan ibarət İngiltərə milli komandasının da şərəfini qoruyan hücumçu, həm də, Şotlandiya Premyer Liqasında mövsümün rəmzi komandasında yer alıb.