Dabanlarınızı sarımsaqla ovsanız... – 30 DƏQİQƏYƏ İNANILMAZ TƏSİR

6 May 2019 21:13 (UTC+04:00)

Sarımsaq süfrənizdən əksik etməməli olduğumuz tərəvəzlərdəndir.
Movqe.az Medicina.az-a istinadən sarımsağın insan orqanizminə faydaları barədə maraqlı yazını təqdim edir. 

Sarımsağı çiy, bişmiş və yaxud közlənmiş formada yeməyin orqanizmimizə saysız-hesabsız xeyri var. 
Sarımsağın dadını ayağınızla da hiss edə bilərsiniz. Bəli, səhv eşitmədiniz. Bu. elmi olaraq təsdiqlənib. Dabanlarınızı sarımsaqla ovsanız, yarım saatdan sonra dadını ağzınızda hiss edəcəksiniz. Bu da bitkinin tərkibində olan "allisin" maddəsindən qaynaqlanır. 
Qüvvətli bakterisid təsiri olan maddə hüceyrələrə nüfuz edir. Qan fəaliyyəti nəticəsində bütün orqanizmdə dolaşır. Buna görə də sarımsaq yeyən insanların tək ağızlarından yox, bütün bədənlərindən sarımsaq iyi gəlir. Çünki həmin qoxu qanda həll olur. Gündə 6 diş közlənmiş sarımsaq yeməyin faydası isə birə mindir.