Fanatlarla vidalaşarkən göz yaşlarını saxlaya bilmədi - FOTO

6 May 2019 16:07 (UTC+04:00)

Yayda Arsenal-dan ayrılacaq bir neçə futbolçu fanatlarla vidalaşıb.

Goal.az xəbər verir ki, Brighton-la qarşılaşmada (1:1) Aaron Remzi, Peter Çex, Denni Uelbek sonuncu dəfə "Emireyts”in qazonuna çıxıblar. Azarkeşlər futbolçuları alqışlarla qarşılayıblar

Klubda 11 il keçirən Aaron Remzi göz yaşlarını saxlaya bilməyərib. O, azad agent kimi karyerasını Juventus-da davam etdirəcək.

Peter Çexlə Denni Uelbek isə karyeralarını bitirməklə bağlı qərar qəbul ediblər.