Ordumuzdakı İsrail silahları Ermənistanın kabusuna çevrilib

7 May 2019 08:00 (UTC+04:00)

“İsrail üçün ticarət predmeti olan şey erməni xalqı üçün ölüm silahıdır”. Bunu İsrailin “KAN Nyus” dövlət televiziyasına müsahibəsində Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan Təl-Əvivin Azərbaycana silah satışını şərh edərkən deyib.

“Bizim sizin silahınız ucbatından itkilərimiz var. Siz bilirsiniz ki, biz buna necə yanaşırıq”, – deyə o bildirib .

Qeyd edək ki, torpaqları işğal altında olan Azərbaycan öz hərbi qüdrətini daim artırır. Bu müstəvidə də müxtəlif ölkələrlə əməkdaşlıq edir. Azərbaycan Türkiyə, Pakistan, İsrail, Belarus, son zamanlar Fransa, Çexiya kimi Qərb ölkələri, Rusiyadan silah alır. Bu silahlar içərisində də xüsusən İsraildən alınan dəqiqliyilə seçilən silahlar mühüm əhəmiyyət kəsb edir. İrəvanı da Azərbaycanın İsraildən silah almasından qorxuya salan məhz bu amildir.

Ermənistan nədən Azərbaycanın İsraildən aldığı silahlardan belə qorxu keçirir? Azərbaycanın silah alışını davam etdirməsi Ermənistan üçün nə vəd edir?

 

Hərbçi-ekspert Üzeyir Cəfərov bildirdi ki, öz xalqının ölümünü istəməyən siyasətçilər işğala son qoyaraq Azərbaycanın zəbt etdikləri torpaqlarından qoşunlarını çıxmalıdır: “Ermənistandan başqa bir münasibəti də görə bilmərik. Çünki İrəvan hər zaman bu tip məsələlərə qısqanc yanaşıb. Azərbaycan İsraildən ən müasir, yeni silahlar alır. Bu mənada dəfələrlə şahidi olmuşuq ki, Azərbaycanın İsraildən aldığı silahlara görə, İrəvan böyük narazılıq və narahatlıq keçirib.

Öz xalqını ölümə aparan siyasətçilər düşünməlidir ki, niyə Azərbaycan İsraildən həmin silahları alır. Azərbaycan durduğu yerdə böyük pullar sərf etməklə o silahları almır ki. Mnatsakanyanın torpaqlarımızı işğal altında saxlayan mənsub olduğu dövləti əsgərlərini mənasız məqsəd uğrunda məhv etməməyi düşünməlidir. Ermənistana qarşı əlbəttə ki, İsraildən alınan silahlar da işlədiləcək.  2016-cı ildən bu yana, erməni xalqı, onun başında dayananlar hələ də ağıllanmayıb. Azərbaycanın İsraildən və digər ölkələrdən aldığı silahların cüzi hissəsi Mnatsakanyanın həmvətənlərinin başına elə bir oyun gətirib ki, həmin andan bu günə Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyində bir nəfər də olsa şəxs qalmayıb. İsrail öz silahını dünya bazarına çıxarıb təqdim edi. Ermənistan bundan ziyan görürsə, onun səbəbini də kənarda deyil, özlərində axtarmalıdır.  İsrail Azərbaycan tərəfindən ödənilən pul hesabına öz silahını satır. Ermənilər ala bilirsə, buyursunlar, boş-boşuna danışmasınlar. Azərbaycanla İsrail arasında sıx münasibətlər var. Təl-Əvivdə Azərbaycanın haqq işini dəstəkləyirlər. Onlar da bilir ki, Ermənistan İsraildən silah almaq üçün real gücə malik deyillər. Azərbaycan isə maddi və mənəvi baxımdan həmin silahları almağa qadirdir. Ona görə Mnatsakanyanın həmin bəyanatı gülünc və yerində olmayan bəyanatdır.

İşğalçı dövlətin diplomatı az qala əlinə dəsmal götürüb ağlayır ki, İsrailin Azərbaycana verdiyi silahlar onları məhv edir. Azərbaycan bunu durduğu yerdə etmir ki, torpaqlarımız işğal olunub. Həmin silahlardan heç geniş şəkildə istifadə də etməmişik. Yaxın zamanlarda o silahlar mütləq mənada işə düşəcək və onda Mnatsakanyan və digər “yan”lar üçün gec olacaq. Onlar düzgün nəticə çıxarıb, Azərbaycan ərazilərini boşaltmalıdırlar ki,  böyük faciələrlə üz-üzə qalmasınlar”.  

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Ermənistan Azərbaycanın İsraildən silah almasından bu qədər həyacan keçirmək istəmirsə, torpaqlarımızın işğalına son qoysun: “Həddən artıq axmaq və həyasız olasan ki, o ifadələri işlədəsən. Azərbaycan İsrail və digər ölkələrdən silahı kiməsə qarşı təcavüz, başqa torpaqları işğal etmək və ya soyqırımı törətmək məqsədilə almır. Azərbaycan həmin silahları torpaqalrını işğaldan azad etmək və ərazi bütövlüyünü bərpa etmək üçün alır. İsrail ən müasir və qüdrətli silah istehsal etməyə qadir dövlətlərdəndir.Azərbaycanın isə maliyyəsi var. Bu mənada ölkəmiz özünün müdafiə qüdrətini daha da yüksəltmək üçün kimdən olsa belə həmin silahları alacaq. Ermənistan dövləti isə digər məsələlərdə olduğu kimi silah alışında da dilənir. Onlar pulsuz silah almağa ümid edir. Azərbaycanla İsrail arasında digər məsələlər kimi hərbi sahədə də ciddi əməkdaşlıq var. Münasibətlərimiz dostluq səviyyəsindədir.

Azərbaycan bundan sonra da İsrail və digər dövlətlərdən ən müasir və daha güclü silah almaqda davam edəcək. İrəvan bu amildən belə qorxursa, işğalçılıqdan, düşmənçilikdən əl çəksin, çıxıb ərazilərimizdən getsin. İsraildən aldığımız silahlar da düşməni məhv etmək, ərazilərimizi işğaldan təmizləmək üçündür. Bu gün Azərbaycanın bir nömrəli düşməni isə Ermənistan adlanan dövlətdir.  Ona görə də qorxu altında qalmaları yaxşıdır.

Bütün hallarda Ermənistan xarici işlər nazirinin sözügedən məqamla bağlı ağzına gələni sərsəmləməsi elə bil ki, donuz otaran bir erməninin ifadələridir”.

R. SOLTANOV