Əməkdar artist oğluna Moskvadan gəlin gətirir

6 May 2019 16:36 (UTC+04:00)

Əməkdar artist Bəsti Sevdiyeva oğlu Ayxanı evləndirir.

Milli.Az xəbər verir ki, xanım sənətkar "Şou ATV"də gəlinindən danışıb:

"Oğlum üçün keçən yay Moskvaya elçi getdim. Burada da getmişdim, Moskvada da getdim. Hərisi oldu, sonra nişan apardıq. İki dəfə qız qapısına getdim. Yalandan deyim ki, gündə-gündə getdim, yox. Bundan sonra da getmək lazım olsa gedərəm, gəlinimin xətrinə. Çünki onu çox istəyirəm. 

Gəlini mən seçməmişəm. Özləri bir-birlərini bəyəniblər. Qızın bibisi oğlunun toyunda bir-birini görüblər. Bibisi oğlu ilə oğlum bir sinifdə oxuyublar, dostdurlar. Toyuna çağırıb, o da gedib təsadüfən... Bilməyib heç dostunun dayısı qızıdır. Soruşub, maraqlanıb, başqa bir ikinci toyda artıq qərar verib ki, onunla ailə qursun. Gəlinim stomatoloqdur".