Qız üzüyə görə oğlana "HƏ" dedi - Bakıda İLGİNC OLAY

6 May 2019 21:48 (UTC+04:00)

Nanə Ağamalıyeva aparıcısı olduğu proqramda maraqlı bir faktı tamaşaçılarla bölüşüb.

Milli.Az xəbər verir ki, Nanə illər öncə bir tələbə yoldaşının üzüyə görə ailə qurduğunu bildirib:

"Ciddi deyirəm: Mənim bir tələbə yoldaşım var idi. Qayınanası onların evinə elçiliyə getmişdi. Qız qayınanasının barmağındakı üzüyə baxmışdı, məəttəl qalmışdı ki, "Nə bahalı üzüyü var". Dərhal oğlana "hə" demişdi". 

Verilişdə qonaq olan əməkdar artist Bəsti Sevdiyeva aparıcının bu açıqlamasına "Vay-vay-vay, bu faciədir artıq" ifadəsi ilə reaksiya verib.

Nanə əməkdar artistin fikri ilə razılaşmayıb:

"Niyə? Çox gözəl, xoşbəxt ailələri var".