Cəlilabadda avtomobil aşdı: 2 ölü

6 May 2019 17:45 (UTC+04:00)

Cəlilabad rayonunun Alar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) Movqe.az-a verilən məlumata görə, mayın 5-i saat 5 radələrində Cəlilabad şəhər sakini Məmməd Məmmədov idarə etdiyi “Hyundai Tucson” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişin Fərəcağa Fərəcov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.