Bakıda nənə və nəvəni maşın vurdu

7 May 2019 08:50 (UTC+04:00)
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Movqe.az "Report"a istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü Mahmudova Rübabə Kərim qızı və 2014-cü il doğumlu Həsənli Nuray Vüqar qızı yolu keçərkən "Naz-Lifan" markalı minik avtomobili tərəfindən vurulub. Yaralılar dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Beş yaşlı Nurayın vəziyyəti ağır olaraq qiymətləndirilir.