Metroda havalandırma sisteminin təkmilləşdirilməsi üçün alınan yeni ventilyatorlar artıq Bakıda

7 May 2019 12:21 (UTC+04:00)

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro stansiyalarında havalandırma sisteminin təkmilləşdirilməsi üçün aldığı yeni ventilyatorları Bakıya gətirib.

Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, alınan 7 yeni ventilyator artıq Bakıdadır:

"Hazırda 2 ventilyatorun quraşdırılmasına başlanıb. İlk olaraq 2 ventilyator metronun "Qara Qarayev" stansiyasında quraşdırılacaq. Digər 5 ventilyator isə plan üzrə quraşdırılacaq. Yaxın günlərdə metronun "Memar Əcəmi" stansiyasında da yeni ventilyatorun quraşdırılmasına başlanacaq. Digər ventilyatorlar isə metronun "Nizami" stansiyası və stansiyanın tunelində quraşdırılacaq".