Diqqət! Bu yollarda rənglənmə işləri aparılır

7 May 2019 12:34 (UTC+04:00)

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Nobel prospektində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Anoloji işlər Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələrində saat 22:00-dan səhər saatlarına kimi aparılacaq.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən prospekt və küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.