8 dəfə ölümdən qayıtdı

10 May 2013 16:24 (UTC+04:00)

Movqe.az xəbər verir ki, özünü "İngiltərənin ən şanslı şanssız insanı" olaraq təyin edən 25 yaşındakı Matyu Hauskley düz səkkiz dəfə ölümdən qayıdıb. Başınahər iş gələn Hauskleyin inanılmaz hekayəsi 2011-ci ildə keçirdiyi bir qəzayla başlayıb.

O, yoldaşlarıyla dənizə girmək üçün getdiyi İrlandiyada suyun dərinliyini nizamlamayaraq qayalara dəyərək boynunu qırıb. Yaralanma gəncin dörd dəfə infarkt keçirməsinə və komaya girməsinə səbəb olub.

Gənc xəstəxanada yatarkən super virus olaraq da bilinən və bir çox antibiotikə dayanıqlı MRSA virusuna yoluxub, sonra isə sətəlcəm olub.

Viruslarla  mübarizə aparan Hauskleyin bədənində olan bir şişi test edən həkimlər gəncin testis xərçəngi olduğunu ortaya çıxarıb.

O, "keçirdiyim dalış qəzasının ardınca komadan çıxdığımda sadəcə qara-ağ şəkillər görə bilirdim və danışa bilmirdim. Tamamilə infarkt halındaydım.. Həkimlər ailəmə bir daha danışa bilməyəcəyimi və həyatımı çənəmlə nəzarət etdiyim bir təkərli kürsüdə keçirmək məcburiyyətində qalacağaımı söylədi. Bir neçə ay sonra ilk addımımı atdım" deyib.