Əli Əhmədov növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə iddialara münasibət bildirib

7 May 2019 13:06 (UTC+04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə iddialara münasibət bildirib. 

Movqe.az xəbər verir ki, Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, növbəti parlament seçkiləri gələn il baş tutacaq. 

O bildirib ki, parlament seçkilərinin keçirilmə vaxtı Azərbaycan Konstitusiyasında müəyyənləşib.

Ə.Əhmədov xatırladıb ki, bu il isə Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək.