Ermənistana “Avroviziya” cəzası

4 May 2012 12:30 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Avropa Yayım Birliyi Ermənistana Azərbaycanda bu ay keçiriləcək "Avroviziya" mahnı yarışmasına qatılmadığına görə cəza verib.

Movqe.az-ın xəbərinə görə, Avropa Yayım Birliyinin mətbuat katibi Annika Niberg-Frankenhauser, təşkilatın televiziya komitəsi və məruzəçi qrupu tərəfindən aparılan araşdırmalar nəticəsində belə bir qərara gəlindiyini açıqlayıb.

Qərarda, Ermənistanın müsabiqəyə qatılmaq üçün nəzərdə tutulan məbləği, və əlavə olaraq maliyyə cəzası olaraq bu məbləğin 50 faizini ödəməsi sanksiyası nəzərdə tutulur.

Sənədə görə Ermənistan Dövlət Televiziyası, yarışmanın final qisimini "əvvəldən sona qədər və fasilələr olmadan" yayımlamaq məcburiyyətindədir, əks halda ölkə 2013-cü ildə Avropa Yayım Birliyi tərəfindən keçiriləcək "Avroviziya" yarışmasına qatıla bilməyəcək.

Annika Niberg-Frankenhauser qeyd edib ki, "Avroviziya" müsabiqəsinin qaydalarına görə, iştirakçı ölkə müəyyən müddət ərzində yarışmaya qatılıb qatılmayacağını bildirməlidir və bu müddətin bitməsindən sonra ölkə qərar vermə hüququndan məhrum olur. Ermənistan isə son tarix keçdikdən sonra iştirakdan imtina etdiyini bildirib."


Ziba Yusifova

Movqe.az