Əli Əhmədov: Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək

7 May 2019 13:27 (UTC+04:00)

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsinə münasibət bildirərkən deyib.

İcra katibi bildirib ki, parlament seçkilərinin keçirilmə vaxtı Azərbaycan Konstitusiyasında müəyyənləşib.

Ə.Əhmədov qeyd edib ki, bu il Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək.