Həmyerlisini rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən Tərtər sakini saxlanılıb

7 May 2019 13:47 (UTC+04:00)

Bərdə Rayon Polis Şöbəsinə müraciət edən Tərtər rayon sakini A.Abdullayev mayın 6-da həmyerlisi Teyyub Əliyevin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 1500 manat pul tələb etməsini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a bildiriblər ki, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən T.Əliyev müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində tərəfindən saxlanılıb. Onun A.Abdullayevdən aldığı 1000 manat pul maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.