Bərzanin bacısı dünyasını dəyişdi

10 May 2013 20:47 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyi Başçısı Məsud Bərzaninin bacısı Cehdiya Bərzani dünyasını dəyişib. Cehdiya Bərzaninin, müalicə məqsədli getdiyi İranda çərşənbə günü tənəffüs çatışmazlığından vəfat etdiyi öyrənilib. Cehdiya Bərzaninin cənazəsinin sabah İraqda olan Berzan kəndindəki ailə qəbiristanlığında dəfn ediləcəyi öyrənilib.