Kraliça Elizabetin qeyri-rəsmi görüntüsü

10 May 2013 17:55 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İngiltərə Kraliçası 2-ci Elizabet "Royal Windsor Horse Show" adlı at yarışının ilk günündə kameralara doğru üzünü turşudarkən görüntülənib. Beş gün ərzində davam edəcək ənənəvi yarışların başlanğıcında 87 yaşındakı Kraliçanın verdiyi pozaya "Guardian" qəzeti, "Rəsmiliyi bir kənara qoyan Kraliça Elizabet etdiyi ən yaxşı şeyi edir və üzünü turşudur" şərhini yazıb. Royal Windsor Horse Show, 1943-cü ildə müharibə dövründə yardım yığmaq üçün başladılmışdı. Yarış bu il 70-ci ilini qeyd edir.