Ermənilər yeni “məxməri inqilab” arzusunda

8 May 2019 10:00 (UTC+04:00)

Bir il əvvəl böyük ümidlərlə küçələrə axışan və mitinq edən yüz minlərlə erməni indi məyusluq içərisində özlərini qınamaqdan başqa heç nəyə gücləri çatmır. Çünki, “mən inqilabçıyam” deyən Paşinyanın verdiyi vədlər elə vəd olaraq qalıb. Halbuki, xalq küçəyə inqilabçıların qaşına-gözünə aşiq olduqları üçün yox, iş və çörək tapmaq eşqi ilə çıxırdı. İndi isə.., bir il əvvəl əhalinin narahat edən problemlərin biri də həll olunmayıb.

Tevos Arşakyan adlı yazarın “armenianreport.am” saytında dərc etdirdiyi “Paşinyanın aldatdığı 11000 ermənini gözləntisi” adlı məqalə “Soros uşaqları” çağrılan inqilabçıların ölkəyə gətirdikləri bəlalar haqda həqiqəti açıb ortaya qoyur. Məqalədə deyilir: “ Ötənilki məxməri inqilab erməni cəmiyyətində yeni hakimiyyətdən müəyyən gözləntilər doğurmuşdu. Bu tamamailə təbii idi, iki onillikdən çox bir zaman içərisində biz yoxsulluqdan və hüquqsuzluiqdan yorulmuşduq. Küçələrə axışıb Paşinyana dəstək verən insanlar həyatlarının səviyyəsinin və keyfiyyətinin yüksəlməsinə səbəb olacaq daha effektli və ədalətli dövlət strukturunun yaradılmasını gözləyirdilər”.

Budur, inqilabdan bir il keçib, amma fərtəhləndirici heç nə baş verməyib. Əksinə insanlar gələcəyə olan-qalan ümidlərini də itiriblər. Xüsusilə, cəmiyyətin yaralı yeri olan ölkədən işçi axını daha da güclənib. Ermənistan Milli statistika komitəsinin bu il aprelin 1-nə  olan

məlumatına görə, ötən ilin analoji dövrünə nisbətdə əhalinin sayı 7,8 min nəfər azalıb. Bu ilin birinci rübündə 3,9 min nəfər doğulsa da, mənfi miqrasiya saldosuna görə əhalinin sayı 3,2 min nəfər azalıb. Yəni, əslində təbii artım 700 nəfər olub. Başqa sözlə, il ərzində Ermənistanda əhalinin 11 min nəfər azalması baş verib.

Bütün bu səbəblərdən müəllif sual edir və özü də cavablandırır: “Məxməri inqilabın qələbəsinə və Koçaryan-Sarqsyan cütıüyünün cinayətkar-oliqarx və klan rejiminin getməsinə baxmayaraq nə üçün insanlar ölkəni tərk edir? Cavab birmənalıdır – inqilabdan sonra onları bürüyən məyusluqdan. Axı, inqilabdan keçən bir il ərzində insanların həyatında yaxşılığa doğru heç nə dəyişməyib. Çətin ki, yaxın vaxtlarda da nə isə dəyişsin, bunun heç bir işartısı yoxdur. Heç olmasa, gələcəkdə də. Ancaq, Paşinyanı və onun dəstəsinin üzvlərini danışdırsan bildirəcəklər ki, Ermənistanı postsovet məkanında inkişaf etmiş qabaqcıl ölkələrdən birinə çevirəcək iqtisadi inqilab artıq başlayıb. Ola bilsin, baş nazirin rezidensiyasının pəncərəsindən baxanda hansısa müsbət dəyişikliklər nəzərə çarpır, amma biz-sadə adamlar onu zəif hiss edirik. Axı, onları necə hiss edək ki, işsizlik nəinki azalıb, əksinə hökuməıtin düşünülməmiş qərarları ucbatından daha da artıb. “Köhnə” və “təzə” işsizlər çıxılmaz vəziyyətə görə ölkəni tərk edir, qastarbayterə çevrilirlər”.

Müəllif yeni iş yerlərinin yaradılması məsələsində də toxunaraq hökumətin yarıtmaz fəaliyyətindən və əhaliyə yalan məlumatlar sırımağından bəhs edir. O, təəccübünü gizlədə bilməyərək yazır ki, axı xarici minvestisiya olmadan iqtisadiyyatı necə dirçəltmək olar. İnvestisiyanın ölkəyə ayaq açması üçünsə cəmiyyətdə sabitlik və təhlükəsizlik olmalıdır. Müəllifin fikirlərini bölüşməmək mümkün deyil. Bu iki amilin heç biri Ermənistanda yoxdur. Birincisi, ölkənin iqtisadi potensialı məhv edilib, ikincisi, Qarabağ müharibəsi hər ana alovlana bilər, üçüncüsü, işğalçılıq siyasəti davam etdiyinə görə, Azərbaycan bu ölkəni iqtisadi blokadada saxlayır.

Ermənistan borc içərisində boğulur. İndiyə qədər aldığı 7 milyard dolları necə qaytarmağı düşünmək əvəzinə hökumət daha 490 milyon dillar xarici kredit götürməyə hazırlaşır.

T.Arşakyan əhalinin arzusunu ifadəı edərək sonda yazır: “Aldatmayacam, ölkədə çox adam köhnə hakimiyyətin qayıtmağını arzulamır. Lakin bugünkü kimi yaşamağı da istəmirik. Buna görə də daha Paşinyanın vaxtı qalmayıb, ya o, ölkədə həyatı yaxşılaşdırmalı, ya da “2-ci məxməri inqilabı” gözləməliyik. Üçüncü variant da var: xalq Ermənistanı tərk etməyə davam edəcək və mənfi miqrasiya saldosu kıəndlərdən şəhərlərə keçəcək. Bu isə milli təhlükəsizlik üçün birbaşa təhdiddir”.

Məqalədən göründüyü kimi ermənilərin kasıblıqları tarıma çəkilib və onlar daha belə yaşamağa dözə bilmirlər. Halbuki, onların bütün dərd-sərlərinin bircə əlacı var: Azərbaycan torpaqlarının işğalına son qoymaq. Hətta yeni 2-ci yox, üçüncü, dördüncü və ilaxır inqiılablar da onlara kömək etməyəcək. Ermənistanın azadlıq və firavan həyat yolu Azərbaycana bağlıdır. Nə qədər ki, onlar bunu etiraf etməyiblər, elə kasıblıqda zarımağa mdavam edəcəklər.

N.NOVRUZ