Fransada təklükəli virus yayılıb

10 May 2013 19:01 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Fransada "sars"ın  bir növü olan korona virusu yayılmağa davam edir.

Ötən gün 65 yaşındakı bir xəstədə korona virusu tapılıb. Xəstənin 29 maydan bəri tutulduğu Douai xəstəxanasındakı bir tibb bacısının da virusa yoluxmuş ola biləcəyi ifadə edilib. Fransanın ilk korona viruslu xəstəsinin isə 9-17 Aprel tarixləri arasında Dubayda olduğu deyilib. Xəstənin 27 Aprel tarixində ilk olaraq qrip şikayətiylə Valensiennes xəstəxanasına müraciət etdiyi açıqlanıb. 2002-2003 illər arasında 8 min nəfərin ölümünə səbəb olan virusa ən çox Yaxın Şərq ölkələrində rast gəlinir. Ötən Sentyabr ayından etibarən 30 nəfərdə virusa rast gəlindiyi təsbit edilib, bu xəstələrdən 18-i dünyasını dəyişib.

Ötən il virusdan ən çox təsirlənən ölkə isə Səudiyyə Ərəbistanı oldu.