Mbappenin maaşı 13,8 dəfə artdı

7 May 2019 17:20 (UTC+04:00)

PSG-nin və Fransa yığmasının gənc ulduzu Kilian Mbappenin maaşı fantastik səviyyədə artıb.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, 20 yaşlı hücumçu üçün hazırlanmış "Phenomene" adlı bioqrafiyada bildirilib ki, Mbappe Monaco-dan PSG-yə keçdikdən sonra maaşı 13,8 dəfə artıb.

Gənc futbolçu Monaco-da illik 1,5 milyon avro qazanırdı. Paris klubuna gəldikdən sonra isə onun illik maaşı 20,7 milyon avro olub. Növbəti mövsüm onun maaşı daha 1,6 milyon avro aratacaq.

Xatırladaq ki, PSG 2017-ci ildə icarəyə götürdüyü Mbappenin transfer huqununu bir il sonra 135 milyon avro transfer haqqı və 45 milyon avro bonus qarşılığında alıb.