Əməkdar artist oğlunun toyuna hazırlaşır

8 May 2019 11:39 (UTC+04:00)

Əməkdar artist Bəsdi Sevdiyeva oğlu Ayxanı evləndirməyə hazırlaşır. 

Axşam.az-ın məlumatına görə, müğənni övladını nişanladığını deyib. Bu haqda "Şou ATV" də danışan Sevdiyeva toyun payızda olacağını açıqlayıb:

"Gəlinlə bir yaşamayacam. Bütün qızlar indi ayrı yaşamağı istəyir. Gəlinim Moskvada təhsil alır, orada doğulub, böyüyüb. Ona görə də hələlik toyu saxlamışıq. İyulda dövlət imtahanı olacaq və universiteti bitirəcək, ondan sonra gətirəcəm. Toyu payızda edəcəyik".

Qeyd edək ki, B.Sevdiyevanın bir qız övladı da var. O, Türkiyə vətəndaşı ilə ailəlidir.