Aprel ayında BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub

10 May 2013 17:17 (UTC+04:00)


2013-cü ilin aprel ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 427 min 650 ton Azərbaycan nefti nəql olunub.


Mövqe.az-ın məlumatına görə, bu ilin yanvar- aprel aylarında bu kəmərlə 9 milyon 771 min 412 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il may ayının 1-ə qədər BTC-yə 215 milyon 223 min 226 ton neft vurulub. 


Bundan başqa, aprel ayında BTC kəməri ilə 269 min 618 ton Türkmənistan nefti nəql olunub.