Yaponiyada iki avtomobil bağça uşaqlarını vurub, ölənlər var

8 May 2019 13:30 (UTC+04:00)

Yaponiyanın qərbində yerləşən Otsu şəhərində avtomobil 13 uşağı vurub. Nəticədə bağça uşaqlarından ikisi həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi şəhər polisinə istinadla məlumat yayıb.

Həlak olan oğlan və qızın hər birinin iki yaşı olub. Polisin verdiyi məlumata görə, hadisə nəticəsində daha 11 uşaq və 2 müəllimə xəsarət alıb.

Hadisəni törədən sürücülər 52 yaşlı Fumiko Şintate və 62 yaşlı Miçiko Şimomiya həbs olunublar. Polisin bildirdiyinə görə, avtomobillər sürücülərdən bir sağa dönmək istəyərkən və digər sürücü əks istiqamətdə hərəkət edərkən toqquşub.

Qəza uşaqlar yolu keçmək üçün işıqforda gözləyərkən baş verib.