Messi oyundan sonra dopinq-testdən keçdi

8 May 2019 20:35 (UTC+04:00)

Barcelona-nın futbolçusu Lionel Messi Çempionlar Liqasının yarımfinalında Liverpool-la cavab oyunundan (0:4) dərhal sonra dopinq-testə çağırılıb.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, məhz bu səbəbdən o, stadionda jurnalistlərin suallarını cavablandıra bilməyib.

Argentinalı hücumçu təxminən 2 saat dopinq-test otağında qalıb.