Ucarda yol qəzası baş verib, ölən var - FOTO

8 May 2019 16:47 (UTC+04:00)

Ucar rayonunda yol qəzası baş verib. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 262-ci kilometrliyində, rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "QAZ-66" markalı kranla "Ford Transit" markalı yük maşını toqquşub. Nəticədə 1 nəfər ölüb. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.