Bu ölkədə çevriliş cəhdinə görə 55 hərbçi işdən qovulub

9 May 2019 09:30 (UTC+04:00)

 

 

Venesuela prezidenti Nikolas Maduro ordunun dövlət çevrilişinə cəhddə iştirak edən 55 hərbçisini işdən çıxarmaq qərarına gəlib.

MÖVQE xəbər verir ki, bu barədə hökumət KİV-lərinə istinadən "Caracol" nəşri məlumat yayıb.

Bildirilir ki, prezidentin fərmanı 35 serjant, 6 leytenant, 4 kapitan və mayor, həmçinin 5 podpolkovnikə şamil edilib. Qovulanlar arasında SEBIN Milli Kəşfiyyat Xidmətinin sabiq rəhbəri divizion generalı Manuel Fiqer də var.