"Salaam Cinema"nın fəaliyyəti ilə bağlı YENİ XƏBƏR

9 May 2019 13:18 (UTC+04:00)
2 ay müddətində "Salaam Cinema"nın yerləşdiyi binada fəaliyyət göstərməsinə müdaxilə edilməyəcək. 
 
 
ONA-nın məlumatına görə, bu barədə "Salaam Cinema"nın "facebook" səhifəsində məlumat verilib. 
 
“Təşəbbüs qrupumuz Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən görüşə dəvət edilib və onlara bildirilib ki, binanın tarixi abidələr siyahısına salınması üzərində işlər aparılır, bina sökülməyəcək",- deyə məlumatda qeyd olunur.