Cəlilabadda 72 yaşlı qadını qızları və nəvələri döydülər

9 May 2019 18:26 (UTC+04:00)

Cəlilabadda 72 yaşlı qadın qızları və nəvələri tərəfindən döyülüb. Hadisə axşam saatlarında rayonun Maşlıq kəndində qeydə alınıb.

Oxu.Az-ın regional müxbiri xəbər verir ki, kənd sakini 1947-ci il təvəllüdlü  Əzəmət  Nüsrət qızı Məhərrəmova qızları və nəvələri tərəfindən zorakılığa məruz qalıb.

 

Doğmaları tərəfindən döyülən 72 yaşlı qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə  xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.