Bakıda ərdə olan bacısını başqa kişi ilə yaxalayan qardaşdan YENİ XƏBƏR

9 May 2019 19:37 (UTC+04:00)

Bakıda bacısını öldürməyə cəhddə təqsirləndirilən Niyaməddin Məmmədovun barəsində olan hökmündən prokurorluq tərəfindən verilən protestə baxılıb.

Movqe.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar élan edilib.

Hakimlər kollegiyasının qərarına görə, prokurorun verdiyi protest təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hokum dəyişdirilmədən saxlanıb.

 

 

İttiham aktına əsasən,  Xətai rayonu, Naximov küçəsində kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əfsanə Əhmədova qısqanclıq zəminində qardaşı Niyaməddin Məmmədov tərəfindən bıçaqlanıb.

Qadın Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Əfsanənin qardaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlum olub ki, Niyaməddin Məmmədov ailəli olan bacısının başqa kişi ilə münasibətindən xəbər tutub və bu səbəbdən onu bıçaqlayıb.

İstintaq orqanı tərəfindən Niyaməddin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun ittiham olduğu maddə tövsif edilib və Niyaməddin Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib.