Dövlət İmtahan Mərkəzində TOEFL IBT imtahanı keçiriləcək

10 May 2019 10:44 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzində TOEFL IBT imtahanı keçiriləcək.

Mərkəzdən Movqe.az-a bildirilib ki, TOEFL IBT imtahanı mayın 11-də Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahan saat 09:30-da başlanacaq. İmtahanda iştirak edən şəxslər saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil olmaq lazımdır.

Zülfiyyə QULUYEVA