AQTA sədri: "Sahibkarlar qida məhsullarının daşınması, saxlanması və satışında sanitar normalara riayət etməlidirlər"

10 May 2019 10:56 (UTC+04:00)

"Sahibkarlar qida məhsullarının daşınması, saxlanması və satışında sanitar normalara riayət etməlidirlər".

Movqe.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.

Onun sözlərinə görə, sahibkarların həmin normaları beynəlxalq standartlara uyğun həyata keçirməsi üçün agentlik tərəfindən müvafiq təlimlər, tədrislər həyatda keçirilir.

"Qida məhsullarının saxlanması, daşınma və satış rejimləri, sanitar gigiyenik və sanitar norma qaydaları var. Təbii ki, bütün qida müəssisələri həmin normaları qaydalarını əməl etməlidir", - Q.Təhməzli əlavə edib.