İtkin düşən alpinistlərimizin adı əbədiləşdirildi - Fotolar

10 May 2019 12:22 (UTC+04:00)

2017-ci ildə Tufandağ istiqamətinə doğru yürüşdə itkin düşən alpinistlər Babur Hüseynov, Namin Bünyatzadə və Fəridə Cəbrayılzadənin xatirəsi əbədiləşdirilib.

Movqe.az xəbər verir ki, onların adı Mahmuddərə ərazisində qayaya verilib.

Bu barədə alpinist Babur Hüseynovun qohumu, jurnalist Cəlalə Nəzəroğlu sosial şəbəkədə yazıb.

Bildirilir ki, lövhədə “Gələnlər keçdi getdi, torpaq qaldı, daş qaldı” sözləri yazılıb.

Qeyd edək ki, alpinistlər 2017-ci ilin dekabrında qar uçqununa düşmüş, 2018-ci il mayın 18-də isə donmuş cəsədləri tapılmışdı.