Bakıda hindlilərin milyonluq toyu - Fotolar

10 May 2019 20:06 (UTC+04:00)

Bakıda daha bir hind toyu baş tutub. 

Axşam.az-ın məlumatına görə, Maniş və Barha adlı cütlüyün toyu "Bilgah Beach Hotel"də keçirilib. 

Əcnəbi qonaqların bol olduğu dəbdəbəli toydan görüntülər sosial mediada yayılıb.  Hindistan adət-ənənələrinin yer aldığı məclisə cütlüyün 5 milyon pul xərclədiyi iddia edilib. 

Üç gün davam edən toydan görüntüləri təqdim edirik:

Qeyd edək ki, bundan əvvəl də Bakıda iki hindlinin toyu olmuşdu. Beş gün davam edən məclis böyük səs-küy yaratmışdı.