Sabirabadda xalçaya bükülmüş kişi meyiti tapıldı

10 May 2019 16:21 (UTC+04:00)

Sabirabadda kənd ərazisində xalçaya bükülmüş naməlum kişi meyiti tapılıb.

Movqe.az-ın  Aran bürosunun xəbərinə görə, hadisə rayonun Minbaşı kəndində qeydə alınıb.Meyiti tapılan şəxs 50-55 yaşlarındadır.

Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.