Türkiyədə zəlzələ olub
11 May 2013 10:41 (UTC+04:00)
Bu barədə Mövqe.az "Zaman" onlayn-qəzetinə istinadən məlumat
verir.
Boğaziçi Universiteti Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma
İnstitutundan alınan məlumata görə, yerli vaxtla saat 23:16-da
qeydə alınan zəlzələnin episentri Eskişehir əyalətinin Odunbazarı
kəndində olub.
Dərinliyi 4.4 kilometr olan zəlzələ nəticəsində insan tələfatı və
dağıntılar olmayıb.