Azərbaycan və Ukraynanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub

10 May 2019 17:38 (UTC+04:00)

Azərbaycan və Ukraynanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

Movqe.az xəbər verir ki, Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və Ukrayna Cinayət Məcəlləsinin 121-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri üzrə "İnterpol" xətti ilə axtarışda olan Səfər Cavadov Ukraynada saxlanılıb.

Onun Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.

Qeyd edək ki, 33 yaşlı S.Cavadov Azərbaycan vətəndaşıdır.