Nüvə silahına ehtiyacımız var

4 May 2012 13:09 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Rusiya prezidenti Dimitri Medvedyev: "Nüvə silahına ehtiyacımız var" deyib. Medvedyev Kreml sarayında keçirilən " Müqəddəs Katerina" medalının verilməsi mərasimində iştirak edib. Medvedyev tərkibində bir çox teatr əməkdaşlarının, idman və hərbi dairələrin işçilərinin olduğu 23 nəfərə müxtəlif mükafatlar verib.

Xatırladaq ki, Müqəddəs Katerina medalı 1713-cü ildə Deli Petro tərəfindən təsis edilib. Petro həyat yoldaşının şərəfinə medala Katerina adını verib. Lakin 1917-ci ildə Bolşevik inqilabı nəticəsində yaranan SSR höküməti dövründə bu medalın verilməsi ləğv edilib.

Mərasimdə siyasi gündəmələ bağlı məsələlərə də toxunan Medvedyev nüvə silahlarına ehtiyacları olduqlarını deyib. Medvedyev: "Nüvə silahı hər zaman bizə lazım olacaq. Ölkəmizə dəyər verməli və onu qorumalıyıq" deyib.


Əfqanə Məzahirqızı

Mövqe.az