Bakıda üç nəfəri elektrik cərəyanı vurub, onlardan biri dünyasını dəyişib

11 May 2019 19:02 (UTC+04:00)

Bakıda üç nəfəri cərəyan vurub.

Movqe.az xəbər verir ki, hadisələrdən biri Sabunçu rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə yerləşən 14-cü yarımstansiyada çalışan 37 yaşlı İlqar Məmmədov orada olan cihazın partlaması nəticəsində yanıq xəsarətləri alıb. O, təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb, vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Hadisə zamanı daha bir nəfər dünyasını dəyişib. Onun şəxsiyyəti dəqiqləşdirilir. 

Səbail rayonunda da anoloji hadisə baş verib. Belə ki, Badamdarda yerləşən yarımstansiyada 48 yaşlı Vüqar Əsədovu da elektrik cərəyanı vurub. Həmin şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.