"Özümə qəsd edib, damarlarımı doğrayacam" - Kərim

11 May 2019 20:38 (UTC+04:00)

"Xahiş edirəm, mənim hislərimlə oynamayın. And olsun Allaha, balamın canına özümə qəsd edəcəm".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Kərim Abbasov sosial şəbəkədə yazıb. Sənətçinin bir neçə gün əvvəl məclisdə oxuduğu yerdə videosu yayılıb.
 
Atasının ölümündən bir neçə gün sonra səhnəyə çıxması tənqid edilən Kərim artıq əsəblərinin dözmədiyini və intihar edəcəyini söyləyib:

"Hər gün dərman içib əsəblərimi sakitləşdirməkdən bezdim. Tab gətirə bilmirəm. Əl çəkin məndən. Bilməzdim ki, atamı məndən çox istəyənlər var imiş. Atamın ölüsünü şoulaşdırıb yazanlar, özümə qəsd etsəm, altından çıxa biləcəksiniz?

Əl çəkin, həyatımı, dərdimi yaşayım. Ağlamaqdan gözlərim göynəyir. Kor olacam axırda. Sənətim qazanc yerimdir. Balamın, ailəmin, hüzura gələn qonaqların qabağına mən çıxmalıyam. Dilənçi deyiləm ki, məclisə gələn qonaqlardan pul yığım. Adım, sanım var. Ona görə də mən işə çıxıb pul qazanmalıyam. Kimsə gəlib qapımı döyüb mənə 10 manat vermir. Baxın görün mən nə çəkirəm. Əl çəkin məndən. 

Qurana and olsun damarlarımı doğrayacam, axırıncı xəbərdarlığımdır".