Bu dietayla 1 həftəyə 5 kilo arıqlayacaqsınız

11 May 2013 11:05 (UTC+04:00)

Bəzən 1 çay qaşığı zeytun yağı da içə bilərsiniz. Bu pəhriz İsrail xanımlarının arıqlamaq üçün ən çox istifadə etdikləri üsuldur.

Gündəlik menyu aşağıdakı kimi olmalıdır:

Səhərlər:müxtəlif tərəvəzlərdən salat, yağsız pendir, yaşıl noxud, suda bişmiş qarğıdalı, suda bişmiş 1 ədəd yumurta və yaşıl çay. (Bunların hamısını birdəfəlik yemək olmaz. Hər səhər birini seçin).

İkinci səhər yeməyi:200-300 qr. şirin olmayan meyvə.

Nahar:suda bişmiş və ya təzə tərəvəzlərdən hazırlanan salat, tərəvəz şorbası, suda bişmiş ət (balıq, toyuq, dana əti), qara çörək. Desert əvəzi bişmiş alma yemək olar.

Axşamtərəfi:300 qr. turş meyvə.

Şam yeməyi:1 stəkan yoqurt və ya kefir. Əncir, qara gavalı qurusu və az miqdarda qoz.