Sabunçuda beş otaqlı ev yanıb

12 May 2019 13:27 (UTC+04:00)

Bakı şəhərinin Sabunçu rayonunda beş otaqlı ev yanıb.

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 220 m² olan ikimərtəbəli beş otaqlı evin mətbəxinin yanar konstruksiyaları 35 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.