Bədii gimnastika üzrə dünya çempionatı 2019-cu ildə Azərbaycanda keçiriləcək

11 May 2013 12:15 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, bu bərədə qərar Liverpulda baş tutan Beynəlxalq Gimnastika Federasiyası (FİG) Şurasının iclasında verilib. Sayca 37-ci olacaq mundial Olimpiada-2020-yə lisenziya xarakteri daşıyacaq.


Qeyd edək ki, Azərbaycan 2005-ci ildə də dünya çempionatına ev sahibliyi edib.