Neftçalada motosiklet traktora çırpılıb, sürücü ölüb

12 May 2019 15:02 (UTC+04:00)

Bu gün günorta radələrində Neftçala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, rayonun 1995- ci il təvəllüdlü Yuxarı Qaramanlı kənd sakini Soltanov Soltan Məhəmməd oğlu İkinci Qaralı kəndi ərazisində idarə etdiyi motosikletlə traktora çırpılıb.

Hadisəni törədən şəxs qəza yerində dünyasını dəyişib. Traktorun 1988-ci il təvəllüdlü sürücüsü Paşayev Əlisafa Ələkbər oğlu xəsarətsiz ötüşüb.