Sabah 8 şəhərdə sınaq imtahanları keçiriləcək
11 May 2013 13:22 (UTC+04:00)
Mövqe.az-ın Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasından aldığı məlumata görə, sınaq imtahanları Bakı,
Gəncə, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba
şəhərlərində 17 binada keçiriləcək.
İmtahanda 15 minə yaxın abituriyentin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə
sınaq imtahanları aprelin 7-dən başlanıb, sonuncu imtahan mayın
26-da keçiriləcək.