Zaqatalada motosikleti betona çırpılan sürücü yerindəcə ölüb

11 May 2013 13:42 (UTC+04:00)
Zaqatalada ölümlə nəticələnən yol qəzası olub. Rayon polis şöbəsindən Mövqe.az-a verilən məlumata görə, Molla Vəli Vidadi küçəsində motosiklet yol kənarındakı betona çırpılıb. Qəza nəticəsində sürücü Anar Abdullayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.