Emin Milli Prezident İlham Əliyevdən üzr istəyib

13 May 2019 10:18 (UTC+04:00)

“Meydan” TV-nin keçmiş rəhbəri Emin Milli (Abdullayev) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən üzr istəyib.

Movqe.az-ın xəbərinə görə, bu barədə E.Milli özünün Facebook səhifəsində yazıb.

O, dövlət başçısından, hökumət nümayəndələrindən və digərlərindən üzrü nifrət ifadə etdiyinə görə istədiyini bildirib.

“İllər keçdikcə, həyat təcrübəsi artdıqca anlayırsan ki, tənqidin içində də belə nifrət olanda bu qurucu yox, dağıdıcı bir rol oynayır. Ədalət naminə nifrət belə çox təhlükəli ola bilər”, -  E.Milli deyib.