DİM-in rəhbər şəxsləri rayonlarda vətəndaşları qəbul edəcəklər

13 May 2019 10:51 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Lənkəran, sədr müavini Namiq Babayev isə Masallı rayonunda vətəndaşları qəbul edəcək.

DİM-dən Movqe.az-a bildiriblər ki, Lənkəran rayonunda keçiriləcək qəbulda Lənkəran, Astara və Lerik rayonlarının, Masallı rayonunda keçiriləcək qəbulda isə Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayonlarının sakinləri iştirak edə bilərlər.

Hər iki qəbul mayın 20-də saat 12:00-da müvafiq olaraq Lənkəran və Masallı şəhərlərində yerləşən Heydər Əliyev mərkəzlərində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/ ) və ya DİM-in Lənkəran regional bölməsinə (Ünvan: Lənkəran şəhəri, H.Aslanov xiyabanı, 52 ) müraciət etmələri xahiş olunur. (əlaqə tel: +994 2525 52482).

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.