Fərda ilk dəfə boşanması haqqında: “ Azərbaycanda mənim qədər aliment verən yoxdur"

13 May 2019 11:26 (UTC+04:00)

"Ailənin dağılmağında və birləşməyində xoşbəxtlik dayanır və tam xoşbəxt olmayanda vurnuxmaya başlayırsan. Odur ki, evliliyimi övladlarımın xətrinə vaxtında bitirmək lazım idi. Bir evin içində övladlarımı elə görmək istəmirdim. Uşağa aliment 154 manat təyin edilibsə, mən hər uşağıma 550 -600 manat aliment verirəm. Qazancımın 70 faizini onlarındır. Azərbaycanda mənim qədər aliment verən yoxdur. Məndən xahiş etmişdi ki, dünyaya gətir?"

Movqe.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri "ATV maqazin onlarla" verilişində aktyor Fərda Xudaverdiyev deyib. O, sənətdən getməsinə də münasibət bildirib:

“Getməyim şou deyildi. İnsanlar niyə bu qədər biganədirlər? Bəlkə mən həqiqətən ölərdim. Ölüm bilirsiniz nə qədər asandır. Bu, dost kimi səni silkələmədi? Sən nə qədər vicdansız adamsan? Mənə lazım olmayan insanları həyatımdan çıxardım”.

Aktyor daha sonra bildirib ki, depressiyadan çıxmaq üçün peşəkar psixoloq dəstəyindən istifadə edib:

"Dörd seans peşəkar dəstəyi aldım. İlk seansda 10 dəqiqə danışa bilmədim. Otaqda hönkür-hönkür ağlayırdım".