“Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda yaradıcılıq müsabiqəsi başa çatdı
11 May 2013 15:00 (UTC+04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyi ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi tərəfindən silsilə
tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərdən olan və İqtisadi
İnkişaf Nazirliyinin ulu öndər Heydər Əliyevin 90 illik yubileyi
ilə bağlı KİV nümayəndələri arasında təşkil etdiyi "Heydər Əliyev
və Azərbaycan iqtisadiyyatı" mövzusunda yaradıcılıq müsabiqəsinə
mayın 11-də yekun vurulmuşdur. Bununla əlaqədar Bakı Biznes
Mərkəzində keçirilmiş tədbirdə İqtisadi İnkişaf Nazirliyinin
aidiyyəti qurumlarının, Azərbaycan Mətbuat Şurasının əməkdaşları və
KİV nümayəndələri iştirak etmişlər.
Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyi tərəfindən Bakı Biznes
Mərkəzinin təşkilati, Azərbaycan İnvestisiya Şirkətinin və
"Azərlotereya" ASC-nin maliyyə dəstəyi ilə təşkil olunmuş
müsabiqəyə ümumilikdə müxtəlif qəzet, sayt və agentliklərdə
yerləşdirilmiş 28 məqalə və televiziya süjetləri təqdim
edilmişdir.
Müsabiqənin yekunları ilə bağlı keçirilmiş tədbirdə İqtisadi
İnkişaf Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyev çıxış edərək
müasir Azərbaycanın memarı Heydər Əliyevin 90 illik yubileyi ilə
bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilmiş
tədbirlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, ümummilli
lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar İqtisadi
İnkişaf Nazirliyi tərəfindən Bakıda və regionlarda müxtəlif
tədbirlər, konfranslar, sahibkarlar üçün Heydər Əliyev dərsləri,
yaşıllaşdırma aksiyası, şahmat və futbol turnirləri keçirilmiş, KİV
nümayəndələri arasında "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı"
mövzusunda yaradıcılıq müsabiqəsi təşkil olunmuşdur. Müsabiqəyə
təqdim edilmiş məqalə və süjetlər İqtisadi İnkişaf Nazirliyində
yaradılmış və Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu
Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilmiş və qaliblər
müəyyən edilmişdir. Tədbirdə qaliblər elan olunmuş, onlara
diplomlar və pul mükafatları təqdim olunmuşdur. Qaliblər arasında
"Mövqe" qəzetinin əməkdaşı Mübariz Bayramov da yer alıb.