Prezident İlham Əliyev Fuad Ələsgərovu “Şöhrət” ordeni ilə təltif edib

13 May 2019 13:06 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fuad Ələsgərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Movqe.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Fuad Murtuz oğlu Ələsgərov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, mayın 14-də F.Ələsgərovun 60 yaşı tamam olur.